"Pianoçu" aktyor yeni Amerika-Türkiyə film layihəsilə İstanbulda

51 yaşlı “Hollivud” kino ulduzu İstanbulda çəkiləcək Türkiyə-Amerika birgə istehsalı olacaq "Qızımın dostu" (My Daughter's Friend) filmində rol alacaq

2156431
"Pianoçu" aktyor yeni Amerika-Türkiyə film layihəsilə İstanbulda

 

  2002-ci il istehsalı "Pianoçu" filmi ilə "Ən yaxşı kişi rolu" “Oskar”ını qazanan Edrien Brodi (Adrien Brody) yeni layihəsi üçün Türkiyəyə gəlir.

  51 yaşlı “Hollivud” kino ulduzu İstanbulda çəkiləcək Türkiyə-Amerika birgə istehsalı "Qızımın dostu" (My Daughter's Friend) filmində rol alacaq.

  Rejissoru Ocan Missaqi (Ojan Missaghi) olan “Qızımın dostu” filmində məşhur aktyor Edrien Brodi avstraliyalı aktrisa Nikki Uilanla (Nicky Whelan) oynayacaq.

  Psixoloji triller filminin aktyor heyətinə Amerikadan Laneya Qreys (Laneya Grace), Şima Rayan (Shima Ryan) və türkiyəli aktrisa Duyqu Mərcan da daxildir.

  2025-ci ildə nümayişi planlaşdırılan film şöhrət və sərvət arzuları üçün hər şeyi riskə atan gənc model Lolanın hekayəsindən bəhs edir.

  2024-cü ilin oktyabrında başlayacaq filmin çəkilişləri İstanbulun Qalata qülləsi, Yerəbatan sarnıcı, Topqapı sarayı və Qapalı çarşı kimi tarixi yerlərində olacaq.



Әlaqәli Xәbәrlәr