“İnteqrasiya da olmaq lazımdır, öz kimliyini qorumaq da”, U.Əskərova

U.Əskərova sözügedən mövzu ilə bağlı deyib ...

2042227
“İnteqrasiya da olmaq lazımdır, öz kimliyini qorumaq da”, U.Əskərova
Moskva_festival_Azərbaycan_02.jpg
Moskva_festival_Azərbaycan_04.jpg
Moskva_festival_Azərbaycan_03.jpg
Ulduz Əskərova_.png
Moskva_festival_Azərbaycan_05.png

 

  Yaxınlarda Rusiyanın paytaxtı Moskvanın Mıtişi rayonunda keçirilən tədbirin təşkilatçısı Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti idarə heyətinin sədri Elşən İbrahimov və qurumun üzvləri Kamil Bayramov və Ulduz Əskərova olublar.

  U.Əskərova sözügedən mövzu ilə bağlı deyib: “Adət-ənənələrimizi, mədəniyyətimizi və mətbəximizi nümayiş etdirmək imkanı verdiyinə görə Moskva vilayəti icra hakimiyyətinə təşəkkür edirik.

  Azərbaycan xalqı Rusiya cəmiyyətinə inteqrasiya olunmaqla yanaşı, öz kimliyini də qoruyub saxlamalıdır. Ona görə öyrəndiklərimizi qonaqlara təqdim etdik: milli mətbəximizi, rəngarəngliyimizi, rəqslərimizi göstərdik.

  Festivalın təəssüratları olduqca ürəkaçan və sevindiricidir.

  Xalqların birlik və qardaşlıq ruhunu hiss etmək bu günlərdə xüsusilə vacib və zəruridir”.

  Festivalda Moskva vilayətinin informasiya və sosial kommunikasiyalar nazirinin rəhbərlik etdiyi çoxlu qonaqlar olub.

  Rəngarəng milli geyimlərin, milli məişət əşyalarının, ləziz milli mətbəxlərin sərgiləri, etno ustad dərsləri və təbii ki, alovlu rəqslər və mahnılar heç kəsi biganə qoymayıb.

  Tədbirdə Azərbaycan mədəniyyəti, musiqisi geniş nümayiş olunub.

  Azərbaycanın milli mətbəx nümunələri qonaqların diqqətini çəkib.



Әlaqәli Xәbәrlәr