Perge antik şəhərinə aid olduğu güman edilən tarixi əsər Türkiyeyə qaytarılıb
Hollandiya Türkiyeyə aid tarixi əsəri qaytarıb.

Hollandiya Türkiyeyə aid tarixi əsəri qaytarıb.
Məlumata görə, Hollandiyanın Leiden şəhərindəki bir muzeydə olan antik daş parçası Türkiyenin bu ölkədəki səfiri Selçuk Ünala təhvil verilib.
Ünal adını açıqlamaq istəməyən bir kolleksiyaçının Türkiyeyə aid olduğu düşünülən tarixi əsəri Leiden Milli Əsərlər Muzeyinə təhvil verdiyini bildirib.
Bu məlumatın ilk olaraq İstanbulda yerləşən Hollandiya Araşdırma İnstitutu (NİT) tərəfindən Mədəniyyət və Turizm Nazirliyinin Qaçaqmalçılıqla Mübarizə İdarəsinə çatdırıldığını bildirən Ünal, əsərin araşdırılmasından sonra onun Türkiyedən aparıldığının aydınlaşdırıldığını bildirib.
Ünal bildirib ki, tarixi əsərin memarlıq əsəri və ya məzar daşı olduğu düşünülür.
"Muzeyin kuratoru bu daşın 2-ci və ya 3-cü əsrə aid olduğunu bildirir. Daş parçasının Türkiyenin Antalya şəhəri yaxınlığındakı Perge antik şəhərinə aid olduğu güman edilir",-deyə Selçuk Ünal vurğulayıb.
Әlaqәli Xәbәrlәr

“Türkiyədə birinci yerdəyik və bu baxımdan iddialıyıq", H.Seyran
4 min illik tarixi sivilizasiyaya ev sahibliyi edən Elazığın yeməkləri dünyaya tanıdılıb