Əminə Ərdoğan dövlət başçılarının xanımlarına Anadolunun ən qədim parça məhsullarını təqdim edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının iclasları çərçivəsində Nyu-Yorkda olan prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan dövlət başçılarının xanımlarına Anadolunun ən qədim parça məhsullarını təqdim edib




Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının iclasları çərçivəsində Nyu-Yorkda olan prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan dövlət başçılarının xanımlarına Anadolunun ən qədim parça məhsullarını təqdim edib.
Nyu-York Türk Evində Milli Təhsil Nazirliyinin Təkmilləşdirmə İnstitutlarında istehsal olunan əl işi tekstil məmulatlarının sərgiləndiyi proqramda Türkiyənin birinci xanımı Əminə Ərdoğan digər ölkə başçılarının həyat yoldaşlarına və hörmətli xarici qonaqlar qarşısında çıxış edərək deyib: “Türkiyənin Toxuculuq Atlası tədbiri Anadolunun bənzərsiz mədəniyyət sərvətlərini bəşəriyyətin ümumbəşəri irsinə əlavə etmək məqsədi ilə təşkil edilib. Qədim toxuculuq məmulatları Anadoludakı Çatalhöyük antik şəhərində tapılıb və onlar 9 min il əvvələ aiddir.
Anadolunun müxtəlif bölgələrinə xas bənzərsiz Türkiyə parçalarının təqdim edildiyi sərgidə qonaqlarına əl istehsalı olan tekstil məhsullarını bir-bir bağışlayan Ərdoğan xanım qərblilərin brokar adlandırdıqları toxunma üsulunun ən nadir nümunələrinin Bursa və Amasrada olduğunu vurğulayıb.
Osmanlı dövründə kətan, ipək, yun və pambıq saplardan toxunan və təbii boyalarla işlənmiş parçaların təkcə möhkəmliyi deyil, həm də sağlamlığı qorumaq baxımından dəyərli olduğunu bildirən birinci xanım deyib: “Tarixdə min illər əvvəl - nanotexnologiyanın ixtirası olmadan əvvəl türklər heç bir sintetik inqrediyent istifadə etmədən suya davamlı parçalar istehsal edə biliblər, sukeçirməyən çadır qurublar.
Türkiyə toxuculuq sənayesinin nailiyyətləri çoxdur. UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması Konvensiyası çərçivəsində Türkiyə parça ustaları Canlı İnsan Xəzinələri İnventarında qeydiyyatdan keçib”.
Qeyd edək ki, ABŞ-da moda dünyasının tanınmış simalarının qatıldığı tədbirdə Keniya, Serbiya, Albaniya, Xorvatiya və Şimali Makedoniya dövlət başçılarının həyat yoldaşları olub.
Әlaqәli Xәbәrlәr

Türkiyə zeytunçuluğu UNESCO siyahısna qəbul edildi
Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı yazılı açıqlama verib ...