Misirdə Ptolemeylər və Fironlara aid yeni tapıntılar ortaya çıxdı

Misirin Antik Əsərlər üzrə Ali Şurasının baş katibi Mustafa Vəziri sözügedən mövzu ilə bağlı deyib...

1992558
Misirdə Ptolemeylər və Fironlara aid yeni tapıntılar ortaya çıxdı

 

  Misirin Giza şəhərinin tarixi Sakkara bölgəsində Ptolemeylər və 30-cu Fironlar sülalələrinə aid yeni tapıntılar ortaya çıxıb.

  Bölgədə aparılan arxeoloji qazıntılar zamanı emalatxanalar, türbələr, heykəllər, insan və heyvanların mumiyalanmasında istifadə olunan saxsı qab parçaları tapılıb.

  Misirin Antik Əsərlər üzrə Ali Şurasının baş katibi Mustafa Vəziri sözügedən mövzu ilə bağlı deyib: “Emalatxanalar insanlar və müqəddəs saydıqları heyvanların mumiyalanması üçün istifadə olunub. Buradan arxeoloqlar gil və ritual qablar tapıblar”.

  Sakkara Arxeoloji Qrupunun rəhbəri Səbri Fərəc isə bunu söyləyib: “Tapılan məzarlar antik Misir Krallığından yüksək vəzifəli şəxsə və Yeni Krallığın keşişinə məxsusdur”.



Әlaqәli Xәbәrlәr