İstanbulun fəthindən 570 il ötür

Dünya tarixinin axarını dəyişərək yeni bir dövr açan İstanbulun fəthindən 570 il ötür.

1992474
İstanbulun fəthindən 570 il ötür
ali erbas ayasofya istanbul'un fethi.jpg
istanbul'un fethi ayasofya.jpg
ayasofya istanbul'un fethi.jpg

1453-cü il mayın 29-da Şərqi Roma İmperiyasının paytaxtı Konstantinopol Osmanlı sultanı II Mehmet tərəfindən fəth edilib.

“Fateh” titulunu alan Sultan II Mehmed şəhəri fəth etdikdən sonra müsamihə və xoş məramlılığın əlaməti olaraq məscidə çevirdiyi Ayasofyanda böyük fəthin ildönümü münasibətilə yüzlərlə İstanbul sakini sübh namazına qatılıb. Diyanət İşləri Başçısı Əli Ərbaşın başçılığı ilə namaza qalxanlar arasında daxili işlər naziri Süleyman Soylu da olub.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop sosial media hesabından paylaşım edərək İstanbulun fəthinin 570-ci ildönümünü təbrik edib. Sentop: “Dünyanın mirvarisi, sevimli millətimizin incisi İstanbulun fəthinin 570-ci ildönümü mübarək olsun”.

Bir dövrü bağlayan, yeni bir dövrü açan İstanbulun fəthi hər il olduğu kimi bu il də Türkiyədən başqa Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) coşğu ilə qeyd olunur.



Әlaqәli Xәbәrlәr