Merve Dizdar Kannda ən yaxşı aktrisa oldu
Merve Dizdar 76-cı Kann Film Festivalında "Ən yaxşı aktrisa" nominasiyasında mükafata sahib olub.

Merve Dizdar 76-cı Kann Film Festivalında "Ən yaxşı aktrisa" nominasiyasında mükafata sahib olub.
Kino dünyasının ən mühüm tədbirlərindən biri olan Kann Film Festivalının mükafata layiq görülənlər bəlli olub.
Festivalda ən yaxşı qadın rolu mükafatı "Kuru otlar üstünə" filmindəki roluna görə Merve Dizdara verilib.
TRT-nin istehsalı olan filmin rejissoru Nuri Bilge Ceylan olub.
Şərqi Anadoluda məcburi xidməti vəzifəsini yerinə yetirən sənət müəllimi Səmədin başına gələn hadisələrdən bəhs edən və anlam verməkdə çətinlik çəkdiyi “Kuru Otlar Üstünə” filminin dünya premyerası festivalda olub.
“Anatomy Of A Fall” filmi Qızıl Palma budağı qazanıb.
Festivalda fransız Justine Trietin rejissorluq etdiyi “Anatomy of a Fall” filmi “Qızıl palma budağı”na layiq görülüb.
Münsiflər heyətinin böyük mükafatını Conatan Qleyzerin rejissoru olduğu “Maraq zonası” filmi qazanıb.
Ən yaxşı ssenari mükafatı “Canavar” filminə, ən yaxşı aktyor mükafatı isə filmdəki roluna görə Koji Yakuşoya verilib.