18 Mayla əlaqədar Türkiyədə bütün muzeylər pulsuz olacaq
Beynəlxalq Muzeylər Günü 1977-ci ildən dünyada, 1982-ci ildən isə Türkiyədə qeyd olunur
1987803

18 May Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Türkiyə üzrə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan bütün muzeylər pulsuz fəaliyyət göstərəcək. Məqsəd muzeylərə marağı artırmaq və onları ictimai həyata cəlb etməkdir.
Beynəlxalq Muzeylər Günü 1977-ci ildən dünyada, 1982-ci ildən isə Türkiyədə qeyd olunur.
18 Mayla əlaqədar olaraq mayın 18-də Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə tabe olan bütün muzeylər və arxeoloji obyektlər pulsuz fəaliyyət göstərəcək, məsələn, İstanbulda Qız qalası, Qalata qalası, arxeologiya muzeyləri və s.