Ulu Came - Kəbir məscidi qapılarını ziyarətçilərinə açdı
Məscidin tikildiyi tarix və memarı haqqında dəqiq məlumat yoxdur, amma təxmin edilir ki...

Afrika və İslam mədəniyyətlərinin hamoniya təşkil etdiyi Şərqi Afrika ölkəsi Sudanın paytaxtı Xartumun ən böyük tarixi məscidi olan Ulu Came (Kəbir məscidi) 2022-ci ildə başlanan bərpa işlərinin birinci mərhələsinin tamamlanması ilə qapılarını ziyarətçilərinə açdı.
Məscidin tikildiyi tarix və memarı haqqında dəqiq məlumat yoxdur. Təxmin edilir ki, bu gün Ulu Came adlandırılan Kəbir məscidinin tikintisi XIX əsrin 30-cu illərində Misir valisi Kavalalı Mehmet Əli Paşanın Sudanı Osmanlı torpaqlarına birləşdirməsindən sonra Xartumun yenidən qurulması ilə başlayıb.
2016-cı ildə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA məsciddə işıq, elektrik və səs sisteminin yenilənməsi, çılçıraqların əlavə edilməsi üçün dəstək verib.
Әlaqәli Xәbәrlәr

Azərbaycanda Türkiyenin Hatay şəhərinin yeməkləri tanıdılıb
Azərbaycanda Türk mətbəxi həftəsi çərçivəsində Hatayın yerli mətbəxindən dadlar təqdim edilib.

Merve Dizdar Kannda ən yaxşı aktrisa oldu
Merve Dizdar 76-cı Kann Film Festivalında "Ən yaxşı aktrisa" nominasiyasında mükafata sahib olub.