Musiqiçilər zəlzələdən zərərçəkənlər üçün konsert verib
Dünyanın müxtəlif ölkələrindən universitetlər və musiqi qrupları fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ ilə bağlı kədərlərini ölkələrində verdikləri konsertlərlə bölüşüblər.

Dünyanın müxtəlif ölkələrindən universitetlər və musiqi qrupları fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələ ilə bağlı kədərlərini ölkələrində verdikləri konsertlərlə bölüşüblər.
İğdır Universitetinin Musiqişünaslıq şöbəsinin rəhbərliyi ilə Çexiya, Almaniya, Norveç, Oman, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Tatarıstan, Çin, Ukrayna və Özbəkistanın birgə iştirakı ilə keçirilən konsertdə universitetlər, musiqiçilər, tanınmış simalar və simvolik adlar konsert proqramında çıxış ediblər.
Əsərlər İğdır Universitetində toplanaraq tək əsər halına gətirilərək adı çəkilən ölkələrdə "Həmrəylik Konserti - Slidarity Concert" adı ilə mətbuatda və sosial mediada paylaşılıb.
Konsertə qatılan ölkələr zəlzələlərdə həyatını itirənlərə başsağlığı birlik və həmrəylik mesajları verərək zəlzələ qurbanlarına dəstək olublar.
Әlaqәli Xәbәrlәr

"TRT World Digital" daha 4 mükafata layiq görülüb
"TRT World Digital" 4 fərqli kateqoriya 44-cü Telly Mükafatına layiq görülüb.

İstanbul Musiqi Festivalının açılış konserti olub
İstanbul Musiqi Festivalında 18 fərqli məkanda 25 konsert təqdim olunacaq.