Məşhur sənətçilərin zəlzələ qurbanlarına dəstəyi
Fransanın paytaxtı Parisdə pianoçu və bəstəkar Fazıl Say da daxil olmaqla bir çox sənətçi Türkiye və Suriyadakı zəlzələ qurbanları üçün konsertlər verib.



Fransanın paytaxtı Parisdə pianoçu və bəstəkar Fazıl Say da daxil olmaqla bir çox sənətçi Türkiye və Suriyadakı zəlzələ qurbanları üçün konsertlər verib.
Parisdəki Olympia konsert salonunda "Fondation De France" ilə əməkdaşlıqda "Zəlzələyə qarşı bir ürək" adı altında təşkil edilən gecədən əldə olunan gəlir 6 fevralda baş verən və "əsrin fəlakəti" kimi qiymətləndirilən Kahramanmaraş mərkəzli zəlzələdə zərər çəkən Türkiye və Suriyada zərərçəkənlər üçün istifadə olunacaq.
"France 2" telekanalında canlı yayımlanan konsert proqramında pianoçu Fazıl Sayla yanaşı dünyaca məşhur sənətçilərdən Gims, Zaz və Patrick Bruel kimi bir çox sənətçi səhnəyə çıxaraq Türkiye və Suriyadakı zəlzələ qurbanlarına ianə çağırışı edib.
Konsertdə Fransanın mədəniyyət naziri Rima Abdul-Malak da iştirak edib.
Tədbir zamanı zəlzələ bölgələrində aparılan müsahibələrdən ibarət videoçarx nümayiş etdirilib.
Fazıl Say konsertdəki çıxışında zəlzələdən zərər çəkənlərdən danışıb, konsertdə iştirak edən sənətçilərə təşəkkür edib: “Bir türk vətəndaşı olaraq fransız xalqının həmrəyliyini hiss edirəm”.
Fransız sənətçi Zaz Jun da Türkiyedə təşkil edəcəyi konsert proqramının gəlirini bağışlayacağını bildirib.
Çox sayda insanın qatıldığı gecədə toplanan ianə məbləğinin 2,3 milyon avro olduğu açıqlanıb.
İanə toplama kampaniyasına töhfə vermək istəyənlər "Fondation De France" veb-saytı və poçt vasitəsilə bunu davam etdirə bilərlər.
Әlaqәli Xәbәrlәr

Dünyanın müxtəlif ölkələrində Novruz bayramı coşğu ilə qeyd olunur
Türk dünyası ölkələri başda olmaqla dünyanın müxtəlif yerlərində Novruz coşğusu hakimdir.