Azərbaycan səhnəsinin “Toppuş bacı”sı dünyasını dəyişdi

Azərbaycanın Əməkdar artisti, illərdir onkoloji xəstəlikdən əziyyət çəkən Tünzalə Əliyeva vəfat edib

1936199
Azərbaycan səhnəsinin “Toppuş bacı”sı dünyasını dəyişdi

 

  Azərbaycanın Əməkdar artisti, illərdir onkoloji xəstəlikdən əziyyət çəkən Tünzalə Əliyeva vəfat edib.

  Qeyd edək ki, Tünzalə Əliyeva 1973-cü il fevralın 15-də Gəncədə dünyaya gəlib. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və Kino Aktyorluğu fakültəsinə daxil olub. Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Daha sonra Gəncə Televiziyası, Kukla Teatrı və Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Bakıda Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da çalışmış Tünzalə burada Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyli, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. O, sonradan öz fəaliyyətini bir sıra televiziya verilişlərinin aparıcısı kimi davam etdirib.



Әlaqәli Xәbәrlәr