Misirdə tapılan sirli qədim məzar

Misirdə paytaxt Qahirənin Fayyum hövzəsi nekropolunda aparılan qazıntılar zamanı 142 itlə birlikdə basdırılmış uşaq məzarı tapılıb.

1935284
Misirdə tapılan sirli qədim məzar

Misirdə paytaxt Qahirənin Fayyum hövzəsi nekropolunda aparılan qazıntılar zamanı 142 itlə birlikdə basdırılmış uşaq məzarı tapılıb.

Rusiya Elmlər Akademiyasının Misirşünaslıq Araşdırmaları Mərkəzinin saytında yer alan məlumata görə, arxeoloqlar  8-9 yaşlı bir oğlan uşağınin cəsədinin başına keçirdilmiş kətan torba ilə birlikdə 142 itin cəsədinin üzərinə yatırılmış meyitinin tapıldığını bildiriblər. 

Məzarın eramızdan əvvəl I əsrdən eramızdan əvvəl I əsrə qədər Roma dövrünə aid olduğu bildirilir.

Rusiya Elmlər Akademiyasının bəyanatında “Mərkəzin mütəxəssisləri tərəfindən aşkar edilənlərə bənzər dəfnlər təkcə Misirə aid deyil. İtlərin kütləvi şəkildə basdırılması misirlilərin və Fayyumda yaşayan əcnəbilərin yeni ritual təcrübə tərzlərinə yol açan dini və sehrli baxışlarının sintezindən xəbər verə bilər" deyilib. 

"Heritage Daily"nin kəşflə bağlı xəbərində heyvan qalıqlarının zooloq Qalina Belova tərəfindən tədqiq edildiyi, ekspertin itlərin eyni vaxtda öldüyünü və üzərlərində heç bir zorakılıq əlamətinin aşkar edilmədiyini müəyyən etdiyi bildirilib.

İt qalıqlarında qədim Misir su anbarlarında yayılmış mavi gil izlərinin olduğu, buna görə də heyvanların daşqın zamanı eyni vaxtda ölmüş ola biləcəyi ifadə edilib.



Әlaqәli Xәbәrlәr