“Çağdaş Türk Dünyasının Tarihi” təqdim edildi
Bu barədə kitabın həmmüəllifi Rusiya Araşdırmaları İnstitutunun rəhbəri, Yıldırım Beyazıt Universitetinin professoru, tarix elmləri doktoru Salıh Yılmaz bildirib...


Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə əsas olmaqla, dünyanın fərqli yerlərində - Uzaq Şərqdə, Afrikada, Pakistanda, Hindistanda, Balkan ölkələrində, Rusiya Federasiyasiyanda yaşayan türklərdən bəhs edən “Çağdaş türk dünyasının tarixi” adlı kitabın təqdimat mərasimi olub.
Bu barədə kitabın həmmüəllifi Rusiya Araşdırmaları İnstitutunun rəhbəri, Yıldırım Beyazıt Universitetinin professoru, tarix elmləri doktoru Salıh Yılmaz bildirib: “Kitabda bu ərazilərdə yaşayan türklərin məskunlaşdıqları yerlər, onların dilləri, mədəniyyətləri, inancları, həyat tərzləri, tarixləri, istisadiyyatları haqqında məlumat verir. Kitab universitet tələbələri ilə yanaşı, cəmiyyətdə bu mövzu ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub”.
Salih Yılmazın sözlərinə görə, kitabda Qarabağ zəfərinin Azərbaycan və türk dünyası üçün əhəmiyyəti, dəyərinin analizi xüsusi məqsəd daşıyır. Belə ki, Azərbaycan-Türkiyə əməkdaşlığının, müttəfiqliyinin bəzi problemlərin həllində nə qədər əhəmiyyətli olmasını göstərməklə digər türk dövlətlərinə və bütünlükdə türk dünyasına mesaj verilib: “Biz nə qədər birlik, bərabərlik içində olsaq, o qədər güclü və yenilməzliyimizin fərqində olmalıyıq. Azərbaycan-Türkiyə müttəfiqliyi nümunəsini digər türk dövlətlərində də tətbiq etməliyik”.
Qeyd edək ki, kitabda Azərbaycan toponimi, coğrafiyası, Azərbaycan türklərinin bu ərazilərdə ilk məskunlaşma çağı, çar Rusiyası dövründə Azərbaycan, ilk türk cumhuriyyətinin qurulması, ictimai və iqtisadi həyat, mədəniyyət və təhsil, Qarabağ zəfəri, Zəngəzur dəhlizi və müasir Azərbaycana qədər bütün məsələlər, o cümlədən müstəqil Azərbaycanın tarixi şəxsiyyətləri haqqında da məlumat verilib.
Mənbə: report.az
Әlaqәli Xәbәrlәr

"TRT World Digital" daha 4 mükafata layiq görülüb
"TRT World Digital" 4 fərqli kateqoriya 44-cü Telly Mükafatına layiq görülüb.

İstanbul Musiqi Festivalının açılış konserti olub
İstanbul Musiqi Festivalında 18 fərqli məkanda 25 konsert təqdim olunacaq.