Bursa şəhərində “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası olub

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyenin Bursa şəhərində keçirilən Şuşa Günləri davam edir.

1916573
Bursa şəhərində “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası olub

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyenin Bursa şəhərində keçirilən Şuşa Günləri davam edir.

Bu çərçivədə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anım proqramı keçirilib.

Tədbirdə, həmçinin “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası olub.

Film bu il 190 illiyi qeyd olunan Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunub. Ekran əsərində şairə ilə yanaşı, Şuşanın tarixi, şəhərin işğal dövründə dağıdılması, şanlı Zəfərdən sonra Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işləri, Prezident İlham Əliyevin fikirləri və Şuşa Bəyannaməsi haqqında məlumat verilir.

Filmin ideya müəllifi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, quruluşçu rejissoru Zəhra Quliyevaya, ssenari müəllifi isə Ülviyyə Heydərovadır.

Xurşidbanu Natəvan obrazını Xalq artisti Mehriban Zəkinin canlandırdığı filmin çəkilişləri Xan qızının ocağında - Şuşada ermənilər tərəfindən viran qoyulan evində aparılıb.

Sonra Azərbaycan muğam qrupunun müşayiəti ilə Xalq artisti Mehriban Zəkinin ifasında Xurşidbanu Natəvanın şeirləri səsləndirilib.

Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Mərasimdən sonra Azərbaycan nümayəndə heyətinin Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş və Bursa valisi Yakup Canbolat ilə görüşləri keçirilib.

Tədbirlər davam edir.



Әlaqәli Xәbәrlәr