Türkiyədə “Mavi bayraq”lı çimərliklərin sayı yenə artdı

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə...

1911567
Türkiyədə “Mavi bayraq”lı çimərliklərin sayı yenə artdı

 

  Dünyanın ən seçilən turizm və ətraf mühit mükafatlarından biri olan “Mavi bayraq” üzrə İspaniya və Yunanıstandan sonra üçüncü yerdə olan Türkiyədə mavi bayraqlı çimərliklərin sayı hər il artır.

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, mərkəzi Danimarkanın paytaxtı Kopenhagendə olan Beynəlxalq Ətraf Mühit üzrə Təhsil Fondunun (FEE) verdiyi “Mavi bayraq” mükafatları Türkiyədə 2018-ci ildə 459, 2019-cu ildə 463, 2020-ci ildə 486, 2021-ci ildə 519, 2022-ci ildə isə 531-ə yüksəlib.

  Şəhərlər arasında ən çox mavi bayraq Antaliyada dalğalanır ki, bu say 229-dur. Ondan sonra Muğla (111), İzmir (66), Aydın (36), ​​Balıkəsir (31), Samsun (13), Çanaqqala (12), Mersin (11), Kocaeli (7), Bartın (3), Kırklareli, Sakarya, Ordu (2) və Vanda (1) mavi bayraqlı çimərliklər var.

  Qeyd edək ki, “Mavi bayraq”da İspaniya 621 çimərliyi ilə birinci, Yunanıstan 581 çimərliyi ilə ikinci, Türkiyə 531 çimərliyi ilə üçüncüdür.  



Әlaqәli Xәbәrlәr