Rəssamın zibilliyə atdığı şəkli 8,63 milyon dollara satıldı

Fridanın atılan əsərini dostu Lüsen Blox (Lucienne Bloch) tapıb və...

1908461
Rəssamın zibilliyə atdığı şəkli 8,63 milyon dollara satıldı

 

  Dünyaşöhrətli meksikalı rəssam Frida Kahlonun bəyənmədiyi və zibilliyə atdığı avtoportreti hərracda 8,63 milyon dollara satılıb.

  Fridanın 1933-cü ildə çəkdiyi və bəyənmədiyi "Avtoportret. Çox kifir" (Autorretrato. Muy feo) adını verdiyi və sonra atdığı şəkli 18 noyabrda ABŞ-ın Nyu-York şəhərindəki “Christie's” hərrac evində adı açıqlanmayan bir şəxs tərəfindən satışa çıxarılıb. 

  Fridanın nadir hallarda istifadə etdiyi, freska texnikası ilə çəkdiyi, 22,2-27,3 santimetr ölçülərində olan rəsminə 7-10 milyon dollar arası təxmini qiymət qoyulmuşdu və əsər 8,63 milyon dollara satılıb.

  Qeyd edək ki, Fridanın atılan əsərini dostu Lüsen Blox (Lucienne Bloch) tapıb, gizlicə götürərək satıb.

  Xatırladaq ki, 2021-ci ildə Frida Kahlonun “Dieqo və mən” əsəri 34,9 milyon dollara satılmışdı. Bu şəkil rəssamın bu günə qədər ən yüksək qiymətə satılan əsəri sayılır.



Әlaqәli Xәbәrlәr