TRT filmləri “Oscar”a namizəd oldu

Dünyanın ən nüfuzlu film mükafatlarından olan 95-ci Akademiya Mükafatlarının "Ən yaxşı beynəlxalq film" nominasiyası üzrə namizədlər açıqlanıb

1907909
TRT filmləri “Oscar”a namizəd oldu

 

  Türkiyə Radio Televiziya Qurumunun (TRT) istehsalı olan və TRT-nin dəstəyi ilə çəkilən filmlər dünya kinosunda iz qoymağa davam edir.

  Dünyanın ən nüfuzlu film mükafatlarından olan 95-ci Akademiya Mükafatlarının "Ən yaxşı beynəlxalq film" nominasiyası üzrə namizədlər açıqlanıb. Ölkələr tərəfindən irəli sürülən istehsallar arasında TRT-nin ortaq istehsalı və TRT-nin dəstəklədiyi 4 film də var.

  TRT-nin birgə istehsalı olan “Klondike” Ukrayna, TRT dəstəkli "A Ballad" Bosniya Herseqovinanın, "A Piece of Sky" İsveçrənin, "Victim" Slovakiyanın "Ən yaxşı beynəlxalq film" kateqoriyasına namizəd olub.

  “Cannes” Film Festivalında “Qızıl xurma” mükafatını qazanan TRT ortaq istehsalı “Kədər üçbucağı” (Triangle of Sadness) da əsas kateqoriyalar üzrə “Oscar” film müsabiqəsinə namizəddir.

  95-ci Akademiya Mükafatları sahiblərinə 12 mart 2023-cü ildə Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində keçiriləcək mərasimdə veriləcək.



Әlaqәli Xәbәrlәr