Azərbaycan mediasında spirtli içki mövzusu kitaba toplandı

Həmmüəllifi olduğu kitabla bağlı S.Ömər bildirir...

1907852
Azərbaycan mediasında spirtli içki mövzusu kitaba toplandı

 

  Türkiyədə azərbaycanlı teleaparıcı, İstanbul Üniversitetinin aspirantı Səidə Ömərin “Azerbaycan Medyasında Alkol Temsili ve Alkölün Topluma Olumsuz Etkisi” (Azərbaycan mediasında spirtli içki mövzusu və alkolun cəmiyyətə mənfi təsiri) kitabı nəşr olunub.

  Həmmüəllifi olduğu kitabla bağlı S.Ömər bildirir: “Dünyada spirtli içkilərə aludəçilik artmaqda və cəmiyyətdə hələ də problemlər yaratmaqdadır. Mənim bu araşdırmanı aparmaqda və oxuculara təqdim etməkdə məqsədim insanları spirtli içki aludəçiliyindən uzaqlaşdırmaq istəyidir. Xüsusilə, Azərbaycan filmlərindən misalların gətirdildiyi kitabda Türkiyədə və Azərbaycanda yaşayan ziyalıların da fikirləri yer alır. Maraqlıdır ki, Azərbaycan kinosunda spirtli içkilərin təbliğatına yer verilməyib. Əksinə, filmlərimizdə spirli içkilərin istifadəsi ailə içi problemlərə və pis nəticələrə gətirib-çıxarma səbəbi olaraq əks etdirilib”.

  Kitabın digər müəllifi olan İstanbul Universitetinin professoru Nilufər Pembecioğlu isə texnologiyanın inkişaf etdiyi üçün belə bir dövrdə adamların daha çox rəqəmsal kitab oxuduqlarını nəzərə alaraq “Bu səbəbdən hər kəsin oxuya bilməsi üçün kitab daha çox rəqəmsal yayınlanır” deyib.

  “Azerbaycan Medyasında Alkol Temsili ve Alkölün Topluma Olumsuz Etkisi” kitabının redaktoru İstanbul Universitetinin professoru Uğur Gündüzdür.



Әlaqәli Xәbәrlәr