Hasankeyfdə 800 il yaşlı su şəbəkəsi aşkarlandı
Artuklu Universitetinin Ədəbiyyat fakültəsinin İncəsənət Tarixi kafedrasının dosenti Zekai Erdalın başçılığı ilə arxeoloji elmi qrup tərəfindən aparılan qazıntı işlərində uzunluğu 6,5 kilometr olduğu düşünülən su şəbəkəsinin 2 kilometri ortaya çıxarılıb
![Hasankeyfdə 800 il yaşlı su şəbəkəsi aşkarlandı](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/383f/9cbb/e7c0/63721c5415338.jpg?time=1736775533)
Türkiyənin Batman rayonunun Hasankeyf qəsəbəsindəki tarixi Hasankeyf qalasında aparılan arxeoloji qazıntılar çərçivəsində aparılan çöl araşdırmasında Artuqlular dövründən qalma 800 il yaşlı su şəbəkəsi aşkarlanıb.
Mardindəki Artuklu Universitetinin Ədəbiyyat fakültəsinin İncəsənət Tarixi kafedrasının dosenti Zekai Erdalın başçılığı ilə arxeoloji elmi qrup tərəfindən aparılan qazıntı işlərində uzunluğu 6,5 kilometr olduğu düşünülən su şəbəkəsinin 2 kilometri ortaya çıxarılıb.
Torpağın topoqrafik quruluşuna görə müəyyən edilib ki, su şəbəkəsinin içməli suyu aşağıdan Həsənkeyf qalasına aparan hissəsi qayaların oyularaq tünel qazılması, bir hissəsi isə yerin üstündə su kanalı şəklində tikilib.
Әlaqәli Xәbәrlәr
![“Divani-lüğəti-Türk” UNESCO-nun yubiley siyahısına daxil edildi](http://cdn.trt.net.tr/images/medium/rectangle/91d2/c1e8/698b/6761510fcbaed.jpg?time=1736775533)
“Divani-lüğəti-Türk” UNESCO-nun yubiley siyahısına daxil edildi
Türk Mədəniyyəti və İrs Fondunun sədri Aktotı Raimkulova bu barədə danışdı