Türkiyədə antik talisman möhürü tapıldı

Bu, arxeoloji qazıntılar zamanı Anadoluda Roma dövründə tapılan yeganə belə nümunədir

1904314
Türkiyədə antik talisman möhürü tapıldı
amasra tilsimli damga muhur2.jpg
amasra tilsimli damga muhur1.jpg
amasra tilsimli damga muhur.jpg

 

  Türkiyənin Bartın rayonunun Amasra qəsəbəsindəki antik Amastris şəhərində aparılan arxeoloji qazıntılar zamanı qədim misirlilərə aid olduğu düşünülən amulet - talisman möhürü tapılıb.

  Yüksəkliyi 2, piramidal forması 0,9 santimetr olan amuletdə müxtəlif işarələr var: aşağı uzanmış sağ əldə tutulan qılınc və iki qanad ilə hərflər.

  Bartın Universiteti Ədəbiyyat fakültəsinin Arxeologiya şöbəsinin müdiri, dosent Fatma Bağdatlı Çamın bildirdiyinə görə, amulet eramızın II əsrinə aiddir, mərmərdən düzəldilən Roma memarlıq abidəsində tapılan ilk unikal əsərdir.

  Əsasən kvadrat şəklində olan amuletin üstü piramidal formada olan və obsidian daşından hazırlanmış bir artefaktdır. Üstündə Misir mifologiyasından Tanrı Besin təsviri var. Yuxarı hissəsində hərf simvolları və talismanlı sözlər yazılıb. Bu, qədim Misir dinindən demotik adlanır. Əsərdəki hərf simvolları yəqin ki, qorunma mənasını ifadə edir. Talisman əşya onu taxan insanı şərdən və xəstəliklərdən qorunmaq üçün inancı ilə bağlı olub. Bu, arxeoloji qazıntılar zamanı Anadoluda Roma dövründə tapılan yeganə belə nümunədir.



Әlaqәli Xәbәrlәr