Antik Perre şəhərində 1800 illik mozaika döşəməsi aşkarlanıb

Türkiyenin Adıyaman şəhərində Kommagen Krallığına ev sahibliyi edən şəhərlərdən biri olan antik Perre şəhərində 1800 illik mozaika döşəməsi aşkarlanıb.

1901799
Antik Perre şəhərində 1800 illik mozaika döşəməsi aşkarlanıb

Türkiyenin Adıyaman şəhərində Kommagen Krallığına ev sahibliyi edən şəhərlərdən biri olan antik şəhər Perredə 1800 illik mozaika döşəməsi aşkarlanıb. 

Adıyaman Universiteti Arxeologiya departamenti dosenti doktor Kahraman Yağızın elmi koordinasiyası ilə 2001-ci ildə başlayan və fasilələrlə davam edən qazıntıların builki hissəsində 12 kvadratmetrlik mozaika döşəməsi üzə çıxarılıb.

Adıyaman valisi Mahmud Çuhadar "Bu yer yaşayış sahəsidir. Sonuncu dəfə mozaika döşəməsi tapdıq. Onun Roma dövrünə aid 200-300-cü illərə aid olduğu təxmin edilir. İşlərimiz davam edir" deyib.

Adıyaman Muzeyinin direktoru Mehmet Alkan keçən il Nekropol ərazisində başladıqları qazıntılar zamanı aşağı mərtəbədə sosial yaşayış sahəsi, xüsusilə də toxuculuq  atelyesi və 2-ci əsrə aid mozaika döşəməsi tapdıqlarını bildirib.

M.Alkan "Bu mozaika döşəməsi qara, ağ və mavi parçalardandır. Döşəmə mozaikasında tor motivi var. Kərpicdən döşəmə və yanında 4 giriş var. Qazıntılar zamanı çox ciddi sürprizlərlə qarşılaşırıq" deyib.



Әlaqәli Xәbәrlәr