Mohsen Namjoo İstanbul, Bursa, Ankara, Konya və Vanda konsertlər verəcək

Fars-bluz janrının banisi, rok və cazı ənənəvi İran musiqisi ilə birləşdirən sənətkar dekabrın 2-də İstanbulda, 3-də Bursada, 7-də Ankarada, 8-də Konyada və son olaraq o, 10-da Van səhnələrində olacaq

1878424
Mohsen Namjoo İstanbul, Bursa, Ankara, Konya və Vanda konsertlər verəcək
İranın Bob Dilanı - Mohsen Namjoo_.jpg

 

  Amerikanın “New York Times” qəzetinin “İranın Bob Dilanı” adlandırdığı “Mohsen Namjoo & Ensemble” 5 konsertlik qastrol səfəri üçün Türkiyəyə gəlir.

  Fars-bluz janrının banisi, rok və cazı ənənəvi İran musiqisi ilə birləşdirən sənətkar dekabrın 2-də İstanbulda, 3-də Bursada, 7-də Ankarada, 8-də Konyada və son olaraq o, 10-da Van səhnələrində olacaq.

  İranda doğulub boya-başa çatan estrada müğənnisi Tehran Universitetində Əlirza Məşayexi və Əzin Mövəhed kimi görkəmli musiqiçi və pedaqoqlardan teatr və musiqi təhsili alıb.

  Hal-hazırda ABŞ-ın Stenford Universitetində də musiqi professoru kimi çalışan Mohsen Namjoo indiyədək 17 albom buraxıb və iki kitab yazıb. O, 2022-ci ildə daha 4 yeni musiqi albomu buraxacağını deyib.



Әlaqәli Xәbәrlәr