Sarayevo insan ovu

Sloveniyalı rejissor Miran Zupaniç “Sarayevo safari” sənədli filmi haqqında deyib...

1878447
Sarayevo insan ovu

 

  Sloveniyalı rejissor Miran Zupaniçin 1992-1995-ci illərdə Bosniya Herseqovina müharibəsi zamanı bir sıra varlı adamların serb əsgərlərinə pul ödəməklə paytaxt Sarayevoda “insan ovu”na çıxmasından bəhs edən “Sarayevo insan ovu” (Sarayevo safari) sənədli filmi artıq nümayişə çıxarılıb.

  “Sarayevo safari” sənədli filmi Bosniya Herseqovinada sentyabrın 10-dan başlayan və ayın 13-dək davam edəcək V Beynəlxalq Sənədli Filmlər Festivalında (AJB DOC) nümayiş olunur.

  M.Zupaniç deyib: “Sarayevo mühasirəsindən bəhs edən sənədli film müharibə zamanı Sarayevo ətrafındakı Serb Respublikası Ordusunun (VRS) hərbi mövqelərinə gələn və insan ovuna çıxan bəzi zəngin adamlardan danışılır. “İnsan ovu”nun ilk dayanacağı Belqrad olub.  Biz bu layihə üzərində 3 ildən artıq çalışmışıq. Sənədli film Sloveniya və İstanbulda da nümayiş etdiriləcək.”

  Qeyd edək ki, serb əsgərlərinin 5 aprel 1992-ci ildə başladığı mühasirə 1995-ci il dekabrın 14-nə qədər davam edib və müharibəyə son qoyan Dayton Sülh Müqaviləsi ilə başa çatıb.

  Müasir müharibə tarixinin ən uzun mühasirəsi sayılan Sarayevo mühasirəsi zamanı şəhərə təxminən 500 min bomba düşmüş, 11 min 541 nəfər həyatını itirmiş, binaların 80 faizindən çoxu zədələnmiş, infrastruktur tamamilə məhv edilmişdir.

  Safari Afrikanın şərqində kütləvi vəhşi heyvan ovuna deyilir.

  “Safari” ərəbcə “safar” - səfər, səyahət sözündən olub Afrikanın suahili (swahili) dilində də eyni mənanı daşıyır.



Әlaqәli Xәbәrlәr