4500 illik Mohenco-daronun bir hissəsi dağılıb

Əhsən Abbasi rekord qıran yağışın təsirinə diqqət çəkərək deyib...

1876749
4500 illik Mohenco-daronun bir hissəsi dağılıb

 

  Pakistanda musson yağışları nəticəsində Dünya Mirası Siyahısına daxil olan Mohenco-daroda 4500 illik divarların bir hissəsi uçub.

  Sind əyalətinin cənubunda Hind çayı yaxınlığında yerləşən Mohenco-daro xarabalıqları musson yağışlarından zərərə uğrayıb.

  Bölgədən məsul Əhsən Abbasi rekord qıran yağışın təsirinə diqqət çəkərək deyib: "Muson yağışları səbəbindən təxminən 5000 yaşlı böyük divar bir neçə yerdən dağılıb. Bərpa işləri arxeoloqlarla birlikdə başlayacaq”.

  Ə.Abbasi dəymiş ziyanın maddi miqyası barədə məlumat verməyib.

  Qeyd edək ki, Mohenco-daro xarabalıqları Cənubi Asiyada ən yaxşı qalmış abidələrdən biri idi. Tarixi abidə Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm və Mədəniyyət Bölümü – UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.

  Mohenco-daro xarabalıqları 1922-ci ildə aşkara çıxarılıb.



Әlaqәli Xәbәrlәr