Uzun illərdən sonra İran kinoteatrlarında göstərilən ilk xarici film

Türkiyəli rejissor Faysal Soysalın mükafata layiq görülmüş “Qoz ağacı” (Ceviz Ağacı) filmi sentyabrın 2-dən etibarən İranda 20 kinoteatrda farsca subtitrlərlə tamaşaçılara təqdim olunacaq

1873564
Uzun illərdən sonra İran kinoteatrlarında göstərilən ilk xarici film

 

  Türkiyəli rejissor Faysal Soysalın mükafata layiq görülmüş “Qoz ağacı” (Ceviz Ağacı) filmi sentyabrın 2-dən etibarən İranda 20 kinoteatrda farsca subtitrlərlə tamaşaçılara təqdim olunur.

  Baş rollarda Serdar Orçin, Sezin Akbaşoğulları, Kübra Kip, Mert Yavuzcan, Şebnem Dilligil və Rıza Akının rol aldığı filmin premyerası çəkiliş qrupu və aktyorların iştirakı ilə Tehranda baş tutub.

  Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə TRT-nin dəstəyi ilə ərsəyə gələn film uzun illərdən sonra İranda kinoteatrlarda nümayiş etdirilən ilk xarici filmdir.

  Tamaşaçılar böyük ekranda farsca subtitrlərlə Türkiyə türkcəsində filmə baxmaq imkanı qazanıblar.

  Qeyd edək ki, 27-ci Adana, “Torino Underground”, “Balkan Panorama” film festivalları və VI London Şəhər Mükafatları Festivalı da daxil olmaqla, bir çox mükafatları qazanan “Qoz ağacı” filmi zəif və passiv xarakterli ədəbiyyat müəllimi olan Hayatinin başına gələn hadisələri əks etdirir.

 



Әlaqәli Xәbәrlәr