Antik Troyada ən kiçik qazan tapıldı

Troya Antik Şəhəri Arxeoloji Qazıntı Qrupunun rəhbəri və Çanaqqala On səkkiz Mart Universiteti Humanitar və Sosial Elmlər fakültəsinin professoru Rüstəm Aslan sözügedən mövzu ilə bağlı deyib...

1872748
Antik Troyada ən kiçik qazan tapıldı

 

  Türkiyənin Çanaqqala rayonunun Tevfikiye kəndinin bitişinə yaxın antik Troya şəhərində gildən hazırlanmış 3 santimetrlik miniatür qazan tapılıb.

  Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı – UNESCO-nun Ümumdünya Mədəni İrsi Siyahısına daxil olan və 5500 illik tarixi olan qədim Troya şəhərində arxeoloqlar yeni tapıntılar əldə etmək üçün çalışmağa davam edir.

  Troya Antik Şəhəri Arxeoloji Qazıntı Qrupunun rəhbəri və Çanaqqala On səkkiz Mart Universiteti Humanitar və Sosial Elmlər fakültəsinin professoru Rüstəm Aslan sözügedən mövzu ilə bağlı deyib: "Builki qazıntılarda indiyə qədər bizi həyəcanlandıran mühüm bir əşya tapdıq. Hellinistik dövr adlandırdığımız təxminən 2300 il əvvələ aid, 3 santimetrlik miniatür qaba indiyə qədər Troyada rast gəlməmişdik. Bu, o deməkdir ki, pulu olmayanlar və ya başqa qurbanlar verə bilməyənlər ziyarətgahlara simvolik olaraq bu cür miniatür qablar düzəldərək təqdim etmişlər. Tapıntı Ellinistik dövrün 3-cü əsrindən Troyanın müqəddəs yerə çevrilməsi nəticəsində bölgədə tikilmiş qurbangah və nəzir yerlərinə aiddir. Belə kiçiklikdə qaba ilk dəfə Troya qazıntılarında rast gəldik. 2300 illik simvolik məna daşıyan ən kiçik gil qab.



Әlaqәli Xәbәrlәr