“Qoz ağacı” filmi mükafata layiq görülüb

Amerika Birləşmiş Ştatlarında  keçirilən 14-cü Hamilton Nyu-York Film Festivalında rejissor Faysal Soysalın “Qoz ağacı” filmi “Ən yaxşı film” mükafatına layiq görülüb.

1868980
“Qoz ağacı” filmi mükafata layiq görülüb

Sərdar Orçin, Sezin Akbaşoğulları, Kübra Kip, Mərt Yavuzcan, Şəbnəm Dilligil və Rıza Akının rol aldığı 14-cü Hamilton Nyu York Film Festivalının açılış filmi olaraq nümayiş olunub.

ABŞ-dakı festivallardan 5-ci mükafatını alan film xaricdəki festivallardan ümumilikdə 18 mükafat qazanıb.

Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Radio Televiziya Qurumunun (TRT) dəstəyi ilə çəkilən film Turin Underground Film Festivalı, Balkan Panorama Film Festivalı və 6-cı London Şəhər Mükafatları da daxil olmaqla bir çox festivalda  mükafata   layiq  görülüb. 

Filmin yaxın tarixdə İran və Almaniyada nümayişi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr