Məşhur avstraliyalı müğənni vəfat edib

Məşhur avstraliyalı müğənni və aktrisa Oliviya Nyuton-Con vəfat edib.

1865588
Məşhur avstraliyalı müğənni vəfat edib
Olivia Newton-John

Məşhur avstraliyalı müğənni və aktrisa Oliviya Nyuton-Con vəfat edib.

73 yaşlı müğənni süd vəzi xərçəngindən dünyasını dəyişib.

Qeyd edək ki, həm müğənni, həm də aktrisa kimi dünya şöhrəti qazanan sənətçi daha çox Con Travolta ilə birgə baş rolu canlandırdığı “Briolin” (1978) filmi ilə şöhrət qazanmışdı. Növbəti illərdə daha çox müğənni kimi populyarlıq qazanan Oliviya Nyuton-Con 2000-ci ildə Avstraliyanın Sidney şəhərində keçirilən Yay Olimpiya Oyunlarının açılışını etmişdi.

Con Travolta Olivia Nyuton Conun ölümü ilə bağlı vida mesajında "Əziz Olivia sən bizim bütün həyatımızı çox gözəl etdin. Aktivliyin inanılmaz idi. Mən səni çox sevirəm!" ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr