Bu kitabə Qordion adının çəkildiyi ilk və yeganə yazıdır

Frigiyalıların paytaxtı Qordionda aparılan qazıntı yerində qədim şəhərin adını daşıyan kitabə tapılıb

1865120
Bu kitabə Qordion adının çəkildiyi ilk və yeganə yazıdır
gordion yazıt.jpg

 

  Frigiyalıların paytaxtı Qordionda aparılan qazıntı yerində qədim şəhərin adını daşıyan kitabə tapılıb.

  Ankaranın Polatlı rayonunda 1893-cü ildə başlanan Berlin-İstanbul-Bağdad dəmir yolu xəttinin tikintisi zamanı Alfred və Qustav Körte qardaşları tərəfindən işıq üzünə çıxarılan antik şəhərdə 1900-cü ildə 3 aylıq qazıntı işləri aparılmışdı.

  Körte qardaşları qədim Frigiya şəhərinin paytaxtının Qordion olduğunu müəyyən etsələr də, bu günə qədər bunu təsdiq edən heç bir məlumata rast gəlinməmişdi.

  Uzun fasilədən sonra - 1950-ci ildə yenidən başlanan arxeoloji qazıntılar hazırda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs və Muzeylər Baş İdarəsinin icazəsi və nəzarəti ilə Pensilvaniya Muzeyindən professor C.Brayan Rouzun rəhbərlik etdiyi elmi qrup tərəfindən aparılır.

  Bu il antik şəhərin "kənar şəhər" adlanan ərazisində Frigiya daş kitabəsi tapıldı. I Antioxun (e.ə. 281-261) Ellinizm dövründə hökmranlıq etdiyi illərə aid olan kitabə Qordion adının çəkildiyi ilk və yeganə yazıdır.

  Tumulus türbəsi ilə əlaqəli olduğu düşünülən kitabə Qordionda tapılan ən uzun yazısı olması ilə də diqqət çəkir.

  Eramızdan əvvəl 540-333-cü illər arasında Fars imperatorluğunun hakimiyyəti altında olan antik şəhərə çatan bu kitabədə fars kişi adı da var.

  Yazı ilə bağlı təfərrüatlı araşdırma yazını arxeoloq, Anadolu Sivilizasiyaları Muzeyinin direktor müavini Umut Alagöz və filoloq Rostislav Oreşko hazırlayır.



Әlaqәli Xәbәrlәr