“Sədaqət Həsən” filmi Fransada tamaşaya qoyulub

Rejissor Semih Kaplanoğlunun mükafata layiq görülmüş “Sədaqət Həsən” filmi Fransada tamaşaya qoyulub.

1863724
“Sədaqət Həsən” filmi Fransada tamaşaya qoyulub

Rejissor Semih Kaplanoğlunun mükafata layiq görülmüş “Sədaqət Həsən” filmi Fransada tamaşaya qoyulub.

Film bu ay bəzi ölkələrdə, o cümlədən Honq-Konqda, Azərbaycan və İngiltərədə tamaşaçıların görüşünə gələcək.

Keçən il 75-ci Kann Film Festivalının “Un Certain Reard” bölməsində dünya premyerasını reallaşdıran mükafata layiq görülmüş əsər dekabr ayında Türkiyədə nümayiş etdirilib.

Türkiyənin Oscar namizədi seçilən "Sədaqət Həsən" Çexiya, Qüds, Braziliya, Almaniya, Hindistan, İtaliya, Tayvan, Çin, İsveç, İspaniya, Avstraliya, Kanada və ABŞ-ın Denver, Çikaqo və Minnesota ştatlarındakı beynəlxalq festivallarla yanaşı ölkə daxilində Antalya və Boğaziçi Film Festivallarında nümayişdə oldu.

Semih Kaplanoğlunun "Sədaqət" trilogiyasının iyun ayında Portuqaliya kinoteatrlarında heyranlıqla izlənilən ikinci filmi "Həsən" Fransadan sonra İspaniya və Balkan ölkələrində də nümayiş olunacaq.

“Səraqət Həsən” filmi keçən il Antalya Film Festivalında “Ən yaxşı operator işi”, Boğaziçi Film Festivalında “Ən yaxşı film”, “Ən yaxşı ssenari” və “Ən yaxşı operator işi”, Braziliyada keçirilən 45-ci Beynəlxalq Sao Paulo Film Festivalında “Ən yaxşı operator Beynəlxalq Film”, Şanxay Beynəlxalq Film Festivalında “Ən yaxşı film” və “Ən yaxşı kişi rolu” mükafatlarına layiq görülüb. 

Çexiyada qatıldığı beynəlxalq yay məktəbində “Fəxri Mükafat”a layiq görülən rejissor Kaplanoğluna “Frans Vesoul” Beynəlxalq Asiya Filmləri Festivalında da “Fəxri Mükafat” təqdim ediləcək.



Әlaqәli Xәbәrlәr