“3-cü Beynəlxalq İsti Hava Şarı Festivalı” başladı

Türkiyənin turist mərkəzlərindən Kapadokyada keçirilən “3-cü Beynəlxalq İsti Hava Şarı Festivalı” (BALONFEST 2022) müxtəlif ölkələrdən fiqurlu şarların iştirakı ilə başlayıb.

1857681
“3-cü Beynəlxalq İsti Hava Şarı Festivalı” başladı

Tədbir çərçivəsində Göremedəki festival ərazisində hava şarları rəngli görüntülər yaradıb.

Festival üçün Türkiyədən başqa İngiltərə, Belçika, Hollandiya, Lüksemburq, İsveçrə, Almaniya, Çexiya, Braziliya, İspaniya, Şimali Makedoniya və Sloveniyadan olan şar pilotları da səmaya qalxaraq pəri bacaları və təbii qaya birləşmələri ilə örtülmüş dərələrin üzərindən uçublar.

Bu il üçüncü dəfə təşkil edilən Festival iyulun 24-dək günəş doğanda uçuş tədbirləri və axşamlar konsert proqramları ilə davam edəcək.



Әlaqәli Xәbәrlәr