Robert de Niro İstanbulda

Oteldə təşkil edilən mətbuat konfransında de Niro İstanbula gəlməkdən məmnunluq duyduğunu, daha əvvəl bir neçə dəfə bu şəhərə gəldiyini, lakin kifayət qədər qala bilmədiyini söyləyib

1848553
Robert de Niro İstanbulda

 

  Dünyaşöhrətli aktyor Robert de Niro ortağı olduğu və məşhur aşpaz Nobu Matsuhisanın adını daşıyan “Nobu Restoran”ının Ənənəvi Xatirə Mərasimində iştirak etmək üçün İstanbula gəlib.

  Oteldə təşkil edilən mətbuat konfransında de Niro İstanbula gəlməkdən məmnunluq duyduğunu, daha əvvəl bir neçə dəfə bu şəhərə gəldiyini, lakin kifayət qədər qala bilmədiyini söyləyib: “İstanbulda olmaq əladır. Film çəkilişimiz yoxdur, amma rejissorlardan İstanbulda kino çəkmək üçün bir film ssenarisi təqdim etsələr, oynaya bilərəm.

  İstanbulda ən çox sevdiyim yer xalça satan bazarlardır. Qızımı da ora aparmaq istəyirəm.

  İstanbul Asiya və Avropa qitələrini birləşdirən coğrafi bir məkanda yerləşir. Bura film çəkmək üçün əla yerdir. Sadəcə hekayəyə ehtiyac var. Çətin tərəfi də budur. Şəhər əla və nəhəngdir. Sən sürürsən və heç vaxt yol bitmir. İstanbulun ayrı bir sehri var."

  Aşpaz Nobu Matsuhisa da Türkiyədə olmaqdan məmnunluğunu ifadə edərək "Buraya gəldiyim üçün çox həyəcanlıyam. 12 dəfə İstanbula gəlmişəm, ancaq hər səfər nəsə yeni bir şey tapıram" deyib.



Әlaqәli Xәbәrlәr