Samirə Əfəndi "The Most Promising Azerbaijani Artist" mükafatına layiq görülüb

Bu günlərdə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində məşhur parlaq nəşr olan "En Moda Magazine" tərəfindən təsis edilən, ardıcıl altıncı il davam edən beynəlxalq mükafatlandırma mərasimi baş tutdu.

1845751
Samirə Əfəndi "The Most Promising Azerbaijani Artist" mükafatına layiq görülüb

Bu günlərdə Şimali Kıbrıs ( Kipr) Türk Cümhuriyyətində məşhur parlaq nəşr olan En Moda Magazine tərəfindən təsis edilən, ardıcıl altıncı il davam edən beynəlxalq mükafatlandırma mərasimi baş tutdu.

“Eurovision” mahnıları “Spotify” platformasında dinlənməkdə və “YouTube”da izlənilməkdə davam edən, musiqisevərlərin pleylistlərinə daxil olan azərbaycanlı müğənni Samirə Əfəndi mükafatlandırılma mərasiminə fəxri qonaq qismində dəvət olunub. 

Mükafatda 12 ölkədən məşhurlar - Claydee, Faydee, Costi, Shiraz, Adam Clay, Otilia, Bashar Al Jawad, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və digər dövlət rəsmiləri də iştirak edib. Məşhur "Mata Hari"ni ifa edən Samirə Əfəndinin çıxışı gecənin qonaqları tərəfindən gurultulu alqışlarla qarşılanıb, müğənni ilə xatirə olaraq şəkil çəkdirmək istəyənlər də sayı az olmayıb.

Samirənin özünün də etiraf etdiyi kimi mükafat ona xoş sürpriz oldu.

- Sevinirəm ki, mahnı yayımlandıqdan xeyli vaxt keçməsinə baxmayaraq, unudulmur və yaşamağa davam edir, - Samirə deyir. - Yeni üfüqləri fəth etməyə çalışan əsl yaradıcı insanları ruhlandırır.

Qeyd edək ki, bu, Samirə Əfəndinin xaricdəki ilk uğuru deyil, Azərbaycanın Eurovision 2020-2021 beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi, "TC Candler" əyləncə platformasının versiyasına görə 2021-ci ilin 100 ən gözəl siması siyahısına daxil edilib. Samirə həmçinin "International Gold Media Awards" mükafatlandırılma mərasimində "İlin Ən Yaxşı Dünya Ulduzu" mükafatını layiq görülmüşdü.



Әlaqәli Xәbәrlәr