“Paytaxt Kültür Yolu Festivalı” sabah başlayır
Paytaxt Ankaranın tarixi və müasir simasını əks etdirəcək “Paytaxt Kültür Yolu Festivalı”-ı sabah (28 may) start götürəcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Ankaranın tarixi və müasir simasını əks etdirən festival çərçivəsində 1500-dən çox sənətçinin iştirakı ilə 70-dən çox nöqtədə 300-dən çox tədbir keçirilicək.
Qeyd edək ki, 28 may-12 iyun tarixləri arasında keçiriləcək festival ilə Paytaxtın mədəniyyət irsini dünyaya təqdim etmək məqsəd götürülüb.
Festivalın davam edəcəyi tarixlər arasında Dövlət Teatrlarının xüsusi nümayişləri sənətsevərlərlə görüşəcək.
Festival simfonik konsertlərdən rəqs tamaşalarına, heykəltəraşlıq emalatxanalarına, teatr tamaşalarına, ədəbi söhbətlərə, uşaq tədbirlərinə, rəssam və kuratorların hazırladığı sərgilərə, film nümayişlərinə qədər geniş spektrli mədəniyyət və incəsənətlə bağlı tədbirlərə ev sahibliyi edəcək.
Әlaqәli Xәbәrlәr

Krım tatar sənətçisi Camala Türkiyədə konsert verdi
Krım tatar sənətçisi Camala Ukrayna müharibəsi qurbanları üçün Türkiyədə konsert verib.