Hərraca çıxarılan ən böyük almaz satıldı

Hərraca çıxarılan ən böyük almaz olan 228,31 karatlıq "The Rock" (qaya) 18,6 milyon İsveçrə frankı (18,8 milyon ABŞ dolları) qarşılığında satılıb.

1825880
Hərraca çıxarılan ən böyük almaz satıldı

Hərraca çıxarılan ən böyük almaz olan 228,31 karatlıq "The Rock" (qaya) 18,6 milyon İsveçrə frankı (18,8 milyon ABŞ dolları) qarşılığında satılıb.

İsveçrənin Cenevrə şəhərində Kristis hərrac evinin təşkil etdiyi satışda iş adamları və kolleksiyaçılar brilyant almaq üçün təkliflər təqdim ediblər.

61 ləl-cəvahiratın stışa çıxarıldığı hərracda Qaya ilə yanaşı Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid 205,7 karatlıq almaz ən qiymətli iki məhsul kimi təqdim edilib.

26-cı yerdə hərraca çıxarılan "Qaya" 18 milyon 600 min İsveçrə frankına satılıb.

Qiymətinin 19 milyon ilə 30 milyon frank arasında olması gözlənilən "Qaya" gözləniləndən aşağı qiymətə alıcı tapıb.

20 il əvvəl Cənubi Afrikada nümayiş etdirilən almaz Dubay, Nyu-York və Taybeydə sərgilənib.



Әlaqәli Xәbәrlәr