İtaliyadakı festivalın açılışı türk filmlərilə start götürdü

İtaliyada beynəlxalq qısametrajlı film festivalı “Tulipani di Seta Nera (Qara İpək Lalələr)” nın açılışı türk rejissor Əli Atayın “Fani dünya” filmi ilə olub.

1822931

Bu il 15-ci dəfə keçirilən “Tulipani di Seta Nera” festivalının açılış qalası paytaxt Romadakı “Space Moderno” kinoteatrlarında reallaşıb.

Festivalın qalasına biznes, incəsənət, siyasət və kino aləmindən çoxlu qonaqlar qatılıb.

Festivalın açılışında türk rejissor Əli Atayın iki fərqli quruluşa malik ailə hekayəsindən bəhs edən “Fani dünya” bədii filmi nümayiş olunub.

Mayın 8-dək davam edəcək festivalda Türkiyədən də qısametrajlı filmlər nümayiş olunacaq.

Tədbirdə rejissor Cüneyt İşıkın “Quş olsaydım”, rejissor Emirhan Cangülün “Balıq” və rejissor Hakan Eyilikin “Dalmalar və palçıqlar” filmləri də nümayiş olunacaq.

Әlaqәli Xәbәrlәr