Ərdoğan 58 yaşı münasibətilə TRT ailəsini təbrik etdi

TRT-nin yaranmasının 58-ci ildönümü münasibətilə telekanalın baş direktoru Zahid Sobacıya təbrik məktubu göndərən R.T.Ərdoğan deyib...

1821136
Ərdoğan 58 yaşı münasibətilə TRT ailəsini təbrik etdi
TRT.jpg
Ərdoğan_TRT_.jpg
TRT TSR binası_01.jpg

 

  Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin milli-mənəvi dəyərlərinin və zəngin mədəniyyətinin bütün rəngləri ilə əks olunduğu Türkiyə Radio və Televiziya Qurumu – TRT-nin ölkənin qulaq və göz yaddaşını formalaşdırdığını söyləyib.

  TRT-nin yaranmasının 58-ci ildönümü münasibətilə telekanalın baş direktoru Zahid Sobacıya təbrik məktubu göndərən R.T.Ərdoğan deyib: "İctimai yayımda dünyanın qabaqcıl qurumlarından biri olan TRT rəqəmsal kanallar, müxtəlif platformalar, radio və televiziya proqramlarında innovativ işlər görür.

  Milli-mənəvi dəyərlərimizin, zəngin mədəniyyətimizin hər rəngdə əks olunduğu TRT ölkəmizin qulaq və göz yaddaşıdır.

  TRT xəbərlərdən idmana, musiqidən sənədli filmlərə, uşaq verilişlərindən mədəni proqramlara qədər nümunə göstərməyə, beynəlxalq kanalları ilə Türkiyənin dünyada səsi olmağa davam edir.

  Vətəndaşlarımızın gözləntilərini doğruldan işləri reallaşdıran, insanların rəğbətini qazanan TRT-nin uğurlu istehsallarının ölkə xaricində də maraqla izlənilməsi Türkiyə üçün xüsusi əhəmiyyətə malikdir.

  İnanıram ki, özünü daim yeniləyən TRT innovativ yayım xətti ilə bundan sonra da keyfiyyətli və orijinal layihələr həyata keçirəcək.

  Yaranmasının ildönümü münasibətilə TRT ailəsinin hər bir üzvünə işlərində uğurlar arzulayır, onları səmimi qəlbdən təbrik edirəm”.



Әlaqәli Xәbәrlәr