Türkiyə pantomim aktyoru 10 illik dünya turnesinə Bakıdan başladı
Pantomim tamaşalarını hər dildən insanların izləyə və anlada bildiyini və buna görə küçələrdə oynamağı çox sevdiyini bildirən F.Kılıç sözügedən mövzu ilə bağlı deyib...
Türkiyəli pantomim aktyoru Fərhad Kılıç bir həftədir 10 illik dünya turnesinin ilk dayanacağı kimi getdiyi Azərbaycanın paytaxtı Bakıda çıxış edir.
Azərbaycanlılar Fərhadın şəhərin mərkəzi küçələrində pantomim ifasına böyük maraq göstərirlər.
Qarşıdakı 10 il boyu dünyanın müxtəlif ölkələrində çıxış etməyi planlaşdıran Fərhad Kılıç pantomim sənətini öz timsalında təmsil edir.
Pantomim tamaşalarını hər dildən insanların izləyə və anlada bildiyini və buna görə küçələrdə oynamağı çox sevdiyini bildirən F.Kılıç sözügedən mövzu ilə bağlı deyib: "Bir ay Bakıda qalandan sonra Azərbaycandan Gürcüstana, oradan ya Asiya, ya da Cənubi Amerika tərəfinə keçəcəyəm. Dünya turum 10 il sürəcək.
Hazırda 27 yaşım var. 37 yaşıma qədər “dünyanın yeni Çarli Çaplini” olmaq arzusundayam. Bir türk olaraq buna nail ola biləcəyimə inanıram”.