Prezident Ərdoğan Milli Saraylar İslam Mədəniyyətləri Muzeyinin açılış mərasimində iştirak edib

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Saraylar İslam Mədəniyyətləri Muzeyinin açılış mərasimində çıxış edib.

1809536
Prezident Ərdoğan Milli Saraylar İslam Mədəniyyətləri Muzeyinin açılış mərasimində iştirak edib
İslam Medeniyetleri Müzesi2.jpg
İslam Medeniyetleri Müzesi 6.jpg

“Türkiyə kitab nəşriyyatı və sektorun böyüklüyü baxımından beynəlxalq nəşriyyatçılar birliyində ilk 10-luğa daxil olub”. 

Bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Milli Saraylar İslam Mədəniyyətləri Muzeyinin açılış mərasimində etdiyi çıxışında deyib.

Yeni növ koronavirus epidemiyası səbəbilə 2 ildir fasilə verilən yarmarkaların yenidən başlamasından məmnun olduğunu ifadə edən Ərdoğan "Muzeyimizi Böyük Çamlıca məscidimizin aşağısı mərəbəsində açırıq və əlimizdə olan nə varsa ildə bir-iki dəfə bu muzeydə sərgilənəcək. Millətimizin xidmətində olacaq" deyə bildirib. 

Dövlə başçısı deyib ki, ölkəmizin son 20 ildə demokratiya və inkişaf yolunda böyük sıçrayışının ən faydalı nəticələrindən biri də odur ki, xalqımız digər sahələrlə yanaşı oxuma-yazma sahəsində də yol açmışdır. Hazırda Türkiyə kitab nəşriyyatı və sektorun böyüklüyü baxımından beynəlxalq nəşriyyatçılar birliyində ilk 10-luğa daxil olub.



Әlaqәli Xәbәrlәr