Müsəlman dünyasının ilk qadın deputatı haqqında film

Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyevaya haqqında animasiya filmi çəkilib

1792134
Müsəlman dünyasının ilk qadın deputatı haqqında film
Pərixanım Sofiyeva.jpg

 

  Gürcüstanda müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyevaya haqqında animasiya filmi çəkilib.

  Azərtac informasiya agentliyi xəbər verir ki, Gürcüstanın “Qadınların təşəbbüslərinə dəstək qrupu” qeyri-hökumət təşkilatının (QHT) layihəsi əsasında hazırlanan “Pərixanım Sofiyeva” adlı qısametrajlı ekran əsəri paytaxt Tbilisinin “Amirani” kinoteatrında Feminist Filmləri Festivalı çərçivəsində ilk dəfə nümayiş etdirilib.

  Ekran əsərinin istehsal prosesinə Gürcüstan azərbaycanlıları məsləhətçi kimi cəlb olunub.

  Animasiya filmi ingilis dilində altyazılarla gürcü dilində göstərilib.

  Cizgi filminin Azərbaycan dilli versiyası da hazırdır və tərəfdaş təşkilatların dəstəyi ilə bu versiyanın azərbaycanlı icma üçün nümayişi də nəzərdə tutulub.

  Məlumat üçün qeyd edək ki, Qardabani rayonunun Qaracalar kəndindən olan Pərixanım Sofiyeva (1884-1953) 1918-ci ildə Tiflis qəzası bələdiyyəsinə bitərəf millət vəkili seçilib. O, tarixə müsəlman dünyasının demokratik yolla seçilən ilk qadın deputat kimi düşüb.

 

PS: Foto "Baku New"a məxsusdur

 



Әlaqәli Xәbәrlәr