Krım tatar sənətçisi Camala Türkiyəyə minnətdarlığını bildirib

“Eurovision 2016”nın qalibi Krım tatar sənətçisi Camala Rusiyanın Ukraynadakı hücumlarına görə 2 övladı ilə Türkiyəyə gəlib.

1788157
Krım tatar sənətçisi Camala Türkiyəyə minnətdarlığını bildirib

Camala İstanbulda keçirdiyi mətbuat konfransında Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib: “Ukraynada günlərdir, günahsız dinc sakinlər bombalanır. Kiyev başda olmaqla Ukraynanın əksər ərazilərində qadınlar, uşaqlar, qocalar və dinc sakinlər sağ qalmağa çalışırlar. Tüarkiyəyə və Türk xalqına, prezident Rəcəb Tayyib Ərdoğana belə bir vəziyyətin hökm sürdüyü dövrdə qarşılıqsız dəstəyinə görə Ukrayna xalqı adından mninnətdarlığımı bildirirəm. Türkiyə əsrlərdən bəri olduğu kimi bu prosesdə də qarşılıqsız olaraq, humanitar məsuliyyəti və vicdanı sayəsində qapılarını sonuna qədər açdı”-deyə vurğeulayıb.



Әlaqәli Xәbәrlәr