"Aslan: Hürkuş İtirilmiş Almaz" filmi Avropada

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) birgə istehsalı olan "Aslan: Hürkuş İtirilmiş Almaz" filmi Avropada nümayiş etdirilir.

1780432
"Aslan: Hürkuş İtirilmiş Almaz" filmi Avropada

Türkiyə Radio və Televiziya Qurumunun (TRT) birgə istehsalı olan "Aslan: Hürkuş İtirilmiş Almaz" filmi Avropada nümayiş etdirilir.

Yanvarın 7-də Türkiyənin kinoteatrlarında tamaşaçılara təqdim edilən və 1 milyondan çox tamaşaçısı olan film kino macərasını Avropaya daşıyacaq.

Bu gündən etibarən Almaniyanın 30 şəhərində 32 kinoteatrda nümayiş olunacaq TRT-nin ortaq istehsalı olan film 18 fevralda Avstriyada 3 şəhər və 4 fərqli kinoteatrda tamaşaçıların görüşünə çıxacaq. 

Fevralın 24-də Danimarkada nümayiş olunacaq filmin müvafiq olaraq Belçika, Hollandiya, Lüksemburq və İngiltərədə nümayişi planlaşdırılır.

Animasiya növündəki əsərdə usta pilot olan ulu babasından miras qalan şəxsi təyyarə Hürkuşu canlandırmağa cəhd edən və təyyarə mühəndisi olmaq arzusunda olan Aslanın əfsanəvi itmiş almazın arxasınca gedən macəradan bəhs edilir.



Әlaqәli Xәbәrlәr