Odunpazarı muzeyi son əsrin ən yaxşı 25 muzeyi sırasındadır

Eskişehir vilayətinin Odunpazarı qəsəbəsində tarixi evlər arasında inşa edilən Odunpazarı müasir muzeyi (OMM) nüfuzlu sənət nəşri "ARTnews" tərəfindən ötən əsrin ən yaxşı 25 muzey binasından biri seçilib.

1769349

OMM Kommunikasiya direktoru Bengü Kırkız Ergüven 1902-ci ildən bəri ABŞ-da nəşr olunan nüfuzlu jurnalda yer almaqdan məmnunluğunu ifadə edib.

Ergüven "Bu həm OMM üçün, həm də ölkəmizin xaricdə daha çox xatırlanması üçün çox sevindirici xəbərdir” deyib.

Osmanlı qübbəli memarlığından, ənənəvi Yapon memarlığından və Odunpazarı mülki memarlığından ilhamlanaraq məşhur Yapon memarlıq ofisi "Kengo Kuma and Associates" tərəfindən dizayn edilən OMM 4500 kvadratmetr sahəyə malikdir.

OMM bundan əvvəl də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilən xüsusi mükafatına, 2021-ci ildə isə İngiltərədə Avropa Muzey Forumu (EMF) tərəfindən təşkil edilən"Avropa İlin Muzeyi Mükafatları" çərçivəsində Xüsusi Təqdir Mükafatına layiq görülüb.

Әlaqәli Xәbәrlәr