Türkiyə kinosunun dünyaşöhrətli aktrisası həyatla vidalaşdı
Fatma Girik 79 yaşında həyatını itirdi





Keçirdiyi omba və beyin əməliyyatlarından sonra çətin bir müddətə girən, uzun müddətdir sağlamlıq problemləriylə mübarizə aparan, Türkiyənin “Yeşil çam” kinostudiyasının görkəmli aktrisası Fatma Girik 79 yaşında həyatını itirdi.
Müalicə olunmaq üçün 20 ildir yaşadığı Bodrumdan İstanbula dönüb buradakı evinə yerləşən aktrisa yanvarın 23-ündə dünyasını dəyişib.
Acı xəbəri İstanbul Şişli Bələdiyyəsinin sədri Muammer İti sosial media hesabından paylaşıb: “Yeşil çam”ın və Şişlimizin böyük dəyəri, sədrliyim dövründə birlikdə çalışmaqdan qürur duyduğum sabiq Şişli Bələdiyyə sədrimiz sevimli Fatma Giriki itirmənin dərin kədəri içindəyəm”.
Әlaqәli Xәbәrlәr

Avropa Muzeylər Günündə bu il Türkiyənin Çanaqqala Troya Muzeyi də təmsil olunacaq
Troya Muzeyinin direktoru Rıdvan Gölcük sözügedən mövzu ilə bağlı deyib...