Tunc dövründən qalma 5 min illik yol şəbəkəsi aşkar edildi

Araşdırma qədim sivilizasiyaların məskunlaşma nizamına işıq tutacaq

1767043
Tunc dövründən qalma 5 min illik yol şəbəkəsi aşkar edildi

 

  Ərəb yarımadasında Tunc dövründən qalma 5 min illik yol şəbəkəsi aşkar edilib.

  Qərbi Avstraliya Universitetinin elmi-arxeoloji heyəti ərəb yarımadasındakı qazıntılarda qədim yol şəbəkəsi tapıb. Bu yolların Tunc dövründə bölgədəki müxtəlif su qaynaqları ilə məhsuldar torpaqları bir-birinə bağladığı təxmin olunur.

  Qazıntılar zamanı yolların ətrafında minlərlə məzarın da tapılması ilə təxminən 5 min illik bu yol şəbəkəsinə "Cənazə prospekti" adı verilib.

  Mütəxəssislərin fikrincə, yol şəbəkəsi bölgədə yaşayanları bir-birlərinə sosial və iqtisadi cəhətdən bağlı edib.

  Araşdırma qədim sivilizasiyaların məskunlaşma nizamına işıq tutacaq.



Әlaqәli Xәbәrlәr