Türkiyə ən çox mədəni dəyərləri qeydiyyata alınan ilk beş ölkə sırasındadır

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy təşkil edilən "Yaşayan insan xəzinələri gələcəyə çatdırılan mirasın təmsilçiləri mükafat mərasimində" çıxış edib.

1761285
Türkiyə ən çox mədəni dəyərləri qeydiyyata alınan ilk beş ölkə sırasındadır

"Türkiyə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Qeyri-Maddi Mədəni İrs Siyahılarında qeydiyyata alınan 21 obyekti ilə ən çox mədəni dəyərlərə malik ilk 5 ölkə arasında yer alır".

Bunu mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy paytaxt Ankarada (11 yanvar) təşkil edilən "Yaşayan insan xəzinələri gələcəyə çatdırılan mirasın təmsilçiləri mükafat mərasimində" etdiyi çıxışda deyib. 

Ərsoy bildirib ki, min illər boyu bir çox sivilizasiyalara ev sahibliyi edən bu torpaqlar tarixi və mədəni dəyərləri ilə hər zaman bir addım öndə olmağı bacarıb.

Nazir Ərsoy aparılan araşdırmalar nəticəsində Türkiyənin qeyri-maddi mədəni irs sahəsində nümunəvi ölkələrdən birinə çevrildiyini vurğulayıb.

“UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahılarında qeyd etdirdiyimiz 21 obyektlə ən çox mədəni dəyərlər qeyd etdirən ilk 5 ölkə arasında yerimizi almışıq”- deyə nazir bildirib.

Nazir bundan əlavə, "Ayrıca 2021-ci il mart ayında UNESCO-nun Reprezentativ Siyahısına təqdim edilmiş “Çay mədəniyyəti: şəxsiyyət, qonaqpərvərlik və sosial qarşılıqlı əlaqənin simvolu”, “Baramaçılıq və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Molla Nəsrəddin lətifələrini söyləmək ənənəsi” ilə Təcili Qorunması Tələb olunan Qeyri-Maddi Mədəni İrs Siyahısına milli olaraq təqdim edilən “Ahlat Daş İşləri” də 2022-ci ildə UNESKO tərəfindən qiymətləndiriləcək” deyib.



Әlaqәli Xәbәrlәr