"Kəsişmə: yaxşı ki varsan Eren" Azərbaycan və Türkiyədə eyni gündə ekranlara çıxdı
Kinoya baxandan sonra türkiyəli səfir təəsürratlarını belə bölüşüb...
Azərbaycan və Türkiyədə eyni zamanda ekranlara çıxan "Kəsişmə: yaxşı ki varsan Eren" (Kesişme: İyi ki Varsın Eren) filmi kinosevərlərə təqdim olunub.
Paytaxt Bakının bir çox kinoteatrında göstərilən filmi Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və səfirlik işçiləri də izləyib.
Kinoya baxandan sonra türkiyəli səfir təəsürratlarını belə bölüşüb: “Bu, Türkiyənin 30 illik terrorla mübarizə tarixinə işıq tutan təsirli bir filmdir. Kinoda hər biri şəhid olmuş Fərhad Gedik, Eren Bülbül və Fethi Sekindən bəhs edilir. Eren terrorla mübarizə aparan əsgərlərimizə dəstək verən bir qəhrəman, hərbçi olmadan əsgər kimi düşünməyi bacaran bir Anadolu igididir. Film o qədər təsirli idi ki, zamanın necə keçdiyini hiss etmədik.
Terrorla mübarizədə həyatını itirən bütün şəhidlərə Allah rəhmət eləsin.
Filmin qardaş Azərbaycanda göstərilməsi də bizim üçün əhəmiyyətlidir”.
Qeyd edək ki, "Kəsişmə: yaxşı ki varsan, Eren" kinofilmi Trabzonun Maçka qəsəbəsində 11 avqust 2017-ci ildə terrorçularla qəhrəman türk əsgərlərinin girdiyi qarşıdurmada şəhid olan Eren Bülbül və ehtiyatda olan zabit Fərhad Gedikdən bəhs edir.
Әlaqәli Xәbәrlәr
2024-cü ilin ilk 2 ayında Türkiyəyə ən çox turist hansı ölkələrdən gəlib?
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin turizm statistikasından toplanan məlumatlara görə ...