"Əfqan qadını" ən yaxşı oldu

Sənədli film qadınlığın çətin olduğu bir coğrafiyada - Əfqanıstanda illərlə Taliban qüvvələrinin təzyiqi altında yaşamaq məcburiyyətində qalan əfqanıstanlı qadınların çalışaraq həyata yapışma səylərindən bəhs edir

1759399
"Əfqan qadını" ən yaxşı oldu

 

  Türkiyə Radio Televiziya qurumu (TRT) tərəfindən hazırlanan "Əfqan qadını" sənədli filmi Tokio Qısametrajlı Film Festivalında "Ən yaxşı sənədli film" mükafatına layiq görülüb. Beləliklə, TRT öz istehsalı olan və mükafata layiq görülən bu filmlə beynəlxalq müvəffəqiyyətlərinə yenisini əlavə edib.

  Sənədli film qadınlığın çətin olduğu bir coğrafiyada - Əfqanıstanda illərlə Taliban qüvvələrinin təzyiqi altında yaşamaq məcburiyyətində qalan əfqanıstanlı qadınların çalışaraq həyata yapışma səylərindən bəhs edir.

  Filmin rejissoru Zeynəb Keçeçiler mövzu ilə bağlı belə deyir: “Film insan, xüsusilə qadın olmanın çox çətin olduğu bir coğrafiyada Taliban terror təşkilatının zülmünü illərdir çəkən və əsla qorxmayan Əfqanıstan qadınlarının özlərinə rəva görülən həyata müqavimət göstərmə əhvalatıdır. Əfqanıstanın Pəncab vilayətinə bağlı Dəhbərat kəndində yaşayan 5 qadın keçə ustası alın təri və zəhmətləri ilə qız uşaqlarının ölkədəki rakurs tarixini dəyişdirmək üçün mübarizə aparırlar. Bu çətin müddətdə tək dəstəkləri əzmə olan inanclarıdır. Qızları oxuyub normal insan kimi rəftar görsün deyə qorxmadan çalışan beş qadının və bu mübarizədə onları əsla tək buraxmayan həyat yoldaşlarının olmuş əhvalatını görürsünüz bu sənədli filmdə."

  Qeyd edək ki, "Əfqan qadını" sənədli filmi II Siciliya Müstəqil Filmlər Festivalı və İsveç Beynəlxalq Film Festivalında (2020) da mükafatlara layiq görülüb.



Әlaqәli Xәbәrlәr