Fars dilinə tərcümə edilən türkcə hekayələr

İranın paytaxtı Tehrandakı Yunus Əmrə İnstitutunda türkcə dərsi alan 16 kursant 27 türk yazarın 31 hekayəsini fars dilinə tərcümə edib.

1753494
Fars dilinə tərcümə edilən türkcə hekayələr

İranın paytaxtı Tehrandakı Yunus Əmrə İnstitutunda türkcə dərsi alan 16 kursant 27 türk yazarın 31 hekayəsini fars dilinə tərcümə edib.

Məşhur türk yazarlarının 31 hekayəsinin yer aldığı "Müasir Türk Hekayə Seçimi" kitabı Tehran Milli Kitabxanasındakı şeir və ədəbiyyat evində keçirilən mərasimdə təqdim olunub.

Tehran Yunus Əmrə İnstitutunda türkcə öyrənən 16 iranlı kursantın fars dilinə tərcümə etdiyi hekayələrdən ibarət olan kitab Tehrandakı Setak nəşriyyatı tərəfindən çap olunub.

Tehran Yunus Əmrə İnstitutunun direktoru Abdullah Yegin və nəşriyyat rəsmiləri təşkil olunan proqramda hekayələri tərcümə edən kursantlara hədiyyələr təqdim ediblər.



Әlaqәli Xәbәrlәr